
Zəfər Gününün münasibətilə Əlcəzairdə tədbir təşkil edilib

Azərbaycanın Əlcəzairdəki səfirliyi 8 Noyabr - Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş təntənəli tədbir təşkil etdi. Bu əlamətdar gün ölkə tarixinin ən şərəfli və qürurlu səhifələrindən biri kimi qeyd edilir.
Əlcəzairdəki səfirlik tərəfindən keçirilən tədbirdə Əlcəzairin dövlət və hökumət nümayəndələri, tanınmış siyasi-ictimai xadimlər, eləcə də burada akkreditə olunmuş diplomatik və beynəlxalq nümayəndəliklərin rəhbərləri və əməkdaşları iştirak edirdilər. Həmçinin, Əlcəzairdə yaşayan, işləyən və təhsil alan Azərbaycan vətəndaşları və media təmsilçiləri də bu mərasimdə iştirak etdilər. Tədbir Azərbaycan və Əlcəzairin Dövlət himnlərinin səsləndirilməsi ilə başladı.
Azərbaycanın Əlcəzairdəki səfiri Tural Rzayev çıxış edərək, 8 Noyabr Zəfər Gününün Azərbaycan xalqı üçün müstəsna əhəmiyyət daşıdığını söylədi. O qeyd etdi ki, Zəfər Günü xalqımızın birliyinin, əzmkarlığının və mübarizliyinin simvoludur. Səfir xatırlatdı ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Ölkə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasını təmin edib. O, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı böyük Qələbənin xalqın sarsılmaz iradəsinin təntənəsi olduğunu vurğuladı.
Diplomat qeyd etdi ki, bu Qələbə təkcə hərbi yox, həm də mənəvi və siyasi bir qələbədir. Azərbaycan bu gün regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təşviqinə yönəlmiş siyasət yeridir. T. Rzayev Ermənistanla sülh sazişinin imzalanması istiqamətində aparılan danışıqlara toxundu. O, Azərbaycanın sülhsevər və konstruktiv mövqeyini diqqətə çatdıraraq, cari il avqustun 8-də Vaşinqtonda əldə edilmiş sülh razılaşmasının ölkəmizin daim sülh təşəbbüsü ilə çıxış etdiyini bir daha nümayiş etdirdiyini söylədi. Səfir həmçinin işğaldan azad olunmuş ərazilərimizdə icra edilən genişmiqyaslı bərpa-quruculuq işləri və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması barədə də məlumat verdi.
Tədbir ziyafətlə davam etdi. Qonaqlara Zəfər Gününə həsr olunmuş xüsusi videoçarx göstərildi. Azərbaycanın tarixi şəhərləri və azad edilmiş torpaqlarının bərpası ilə bağlı görüntülər izlənildi. Qonaqlar Azərbaycanın zəngin mədəni irsi və Zəfər Günü münasibətilə hazırlanmış sərgiyə böyük maraq göstərdilər. Sonda iştirakçılar bu əlamətdar gündə təşkil edilmiş tədbirə görə səfirliyə minnətdarlıqlarını bildirdilər. Onlar Azərbaycan xalqına davamlı sülh, tərəqqi və rifah arzularını çatdırdılar. Tədbir Əlcəzairin nüfuzlu xəbər portallarında geniş şəkildə işıqlandırıldı.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Xankəndidə Zəfərin 5-ci ildönümü münasibətilə atəş...
Azəri Xəbər

Zəfər Gününün beşilliyi münasibətilə hərbi orkestr...
Azəri Xəbər

Sankt-Peterburqda Azərbaycanın Zəfər Gününün beşin...
Azəri Xəbər
Hərbi Prokurorluqda Zəfər gününə həsr olunan tədbi...
Azəri Xəbər

Polis Akademiyasının kursantları "Zəfər təntənəsi...
Azəri Xəbər

Xankəndidə Zəfər Gününə həsr olunan hərbi yürüş ke...
Azəri Xəbər



