
Zığ-Hövsan kanalizasiya kollektoru tikilir

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Bakı şəhərinin və Abşeron rayonunun su-kanalizasiya sistemini yeniləyir. Bu işlər çərçivəsində yeni kanalizasiya kollektorları və tullantı sular üçün sutəmizləyici qurğular tikilir. Ən əhəmiyyətli layihələrdən biri Bakı şəhərinin ekoloji vəziyyətini yaxşılaşdırmaq və infrastrukturunu müasirləşdirmək məqsədi daşıyan Zığ–Hövsan kanalizasiya kollektorunun tikintisidir. Bu layihəyə ümumi uzunluğu 28 kilometr təşkil edən yeni kollektor xəttinin inşası daxildir. Həmçinin, bu xətt üzərində müasir tələblərə cavab verən bir nasos stansiyasının da qurulması planlaşdırılır.
Zığ-Hövsan kollektorunun inşası "Şəhərkənarı" kanalizasiya kollektorunun istismar vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Tullantı sularının idarə olunması prosesi daha səmərəli və təhlükəsiz şəkildə həyata keçiriləcək. Layihə Bakı buxtasının ekoloji durumunun qorunmasına mühüm töhfə verəcək. Yeni kollektorun fəaliyyət sahəsinə Xətai rayonunun bir hissəsi, eyni zamanda Suraxanı rayonunun Zığ, Hövsan, Bahar və Dədə Qorqud qəsəbələri daxil olacaq. Bu ərazilərdə yaşayan əhalinin kanalizasiya və tullantı sularının idarə olunması ilə bağlı mövcud problemləri aradan qalxacaq, mühəndis-kommunikasiya infrastrukturu isə daha dayanıqlı sistemə çevriləcək.
Layihənin icrasına 2025-ci ildə başlanıb. Bütün tikinti işlərinin 2028-ci ildə tamamlanması nəzərdə tutulur. İşlər mərhələli şəkildə aparılacaq, inşaat zamanı ekoloji standartlara və təhlükəsizlik qaydalarına ciddi riayət ediləcək. Kollektorun inşası zamanı yeraltı mikrotunel texnologiyasından da istifadə olunacaq. Mikrotunel texnologiyası ilə qurulan kanalizasiya şəbəkələri müasirliyi və dayanıqlığı ilə seçilir. Bu texnologiya geniş ərazilərdə qurulma imkanı yaratmaqla yanaşı, əhalinin məmnunluq səviyyəsini də yüksəldir. Bütün bu işlər tullantı sularının sutəmizləyici qurğulara ötürülməsinə və təmizlənməsinə, beləliklə su hövzələrinin çirklənməsinin qarşısının alınmasına xidmət edəcək.
Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Bu gün Hövsanda qaz olmayacaq
Azəri Xəbər

Xəzərdə təhlükə:
Son Xeberler

Bu ərazidə kanalizasiya xətti partladı: Yeni çəkil...
Bugun.az

Türkiyədə uçqun oldu -Ölənlər var
Bugun.az

Bakıda apteki sel suları basdı:
Son Xeberler

Bakıda azyaşlı yaşadığı binada faciəvi şəkildə həl...
Bugun.az



