🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
AzMedia
AzMedia
0 abunə

Azərbaycanda bəzi həkimlərin maaşı artdı

17.12.2024 12:31 35 baxış sayı 1 dəq. oxuma
Azərbaycanda bəzi həkimlərin maaşı artdı

"Bu il üçün sabit əməkhaqqı və bonuslar daxil olmaqla travmatoloqların maaşı 3 600 manata, ümumi cərrahların və mama-ginekoloqların maaşı isə 3 300 manata yüksəlib".

"Report"a istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əvvəlki dövrlə müqayisədə həkimlərin ortaaylıq əməkhaqqısı əhəmiyyətli dərəcədə artıb:

"Artımın səbəbi ötən il Xidmətlər Zərfinə yeni tibbi xidmətlərin əlavə edilməsi və bir sıra tibbi xidmət tariflərinin artması olub".

Z. Əliyev əlavə edib ki, icbari tibbi sığortanın tətbiqindən sonra kiçik tibb heyətinin orta əməkhaqqısı 270 manatdan 410 manata, orta tibb heyətininki isə 320 manatdan 540 manata qədər artıb.

Etiketlər

Paylaş: