AzMedia Kanal loqosu
AzMedia
0 abunə

DİQQƏT! Sabah saat 14:00-da çölə çıxmayın

16.12.2024 11:07 311 baxış sayı 1 dəq. oxuma
DİQQƏT! Sabah saat 14:00-da çölə çıxmayın

Dekabrın 17-də Yer kürəsini G1 sinfinə aid maqnit qasırğası vuracaq.

Bu barədə Rusiya Günəş Astronomiyası və Heliofiziki Alətlər Laboratoriyasından (Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutu) məlumat verilib.

Alimlərin məlumatına görə, maqnitosfer Bakı vaxtı ilə saat 14:00-da kəskin şəkildə dəyişməyə başlayacaq. Maqnit qasırğası məhz bu zaman pik nöqtəsinə çatacaq, Bakı vaxtı ilə saat 19:00-da isə qasırğa sakitləşməyə başlayacaq.

Qeyd edək ki, maqnit qasırğası hipertoniya xəstələri, eləcə də insult və ya infarkt keçirənlər üçün xüsusilə çətin olur. Belə ki, maqnit fırtınaları aritmiya və ürək ağrılarına səbəb ola bilər.

K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: