🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
AzMedia
AzMedia
0 abunə

Pensiya və maaşlar artır: Bahalaşma olacaq?

17.12.2024 09:25 4 baxış sayı 2 dəq. oxuma
Pensiya və maaşlar artır:

Artıq 2025-ci ilə saylı günlər qalıb. Bildiyimiz kimi, yanvar ayından minimum əməkhaqqı, pensiya və müavinətlər artırılır. Bəs artımla əlaqədar ərzaq və digər məhsulların bahalaşması gözlənilirmi?

Əsasən hansı sahədə qiymət artımı baş verə bilər?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, bahalaşma hazırda da var.

Onun sözlərinə görə, inflyasiya noyabr ayında çox sürətlənib:

“Dekabr ayının məlumatları bir daha təsdiq edəcək ki, qiymətlərdə ciddi artım var. Bizdə hər zaman belədir. Yəni Yeni il, Novruz bayramları öncəsi qiymətlər kəskin şəkildə artır. Pensiya və maaşların artımı da gündəmə gəlibsə, psixoloji olaraq bu da bazarlara təsir edir. Təəssüf ki, ödənişlərin artımı ilə əlaqədar bazarlarda qiymətlərin yüksəlməsinin şahidi olacağıq”.

İqtisadçı bahalaşmanın səbəbini açıqlayıb:

“Bilirsiniz, qiymət artımının əsas səbəbi Azərbaycanda rəqabətin zəif olmasıdır. Bundan başqa da istehsalın olmaması və xaricdən asılılıqdır. Yəni bu üç məsələ ölkədə qiyməti artıran vacib səbəblərdir”.

Paylaş: