🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

​1 aprel qeyri-iş günüdür?

12.03.2025 12:25 10 baxış sayı 1 dəq. oxuma
​1 aprel qeyri-iş günüdür?

Novruz və Ramazan bayramları ilə əlaqədar mart ayında 12 gün qeyri-iş günü olacaq.

Metbuat.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 11 dekabr 2024-cü il tarixli qərarında qeyd olunub.

Bildirilib ki, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 22 və 23 mart tarixləri şənbə və bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 25 və 26 mart qeyri-iş günü olacaq.

Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerlərinin dəyişdirilməsi barədə qərar qəbul edib.

Beləliklə, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30 və 31 mart tarixləri qeyri-iş günü olacaq.

Bayram tətilindən sonra ilk iş günü 1 aprel tarixidir.

Ülkər Abdurahmanlı / Metbuat.az

Paylaş: