
10 milyona yaxın Birbank kartılarına köçürmələr limitsizdir

Kapital Bank, yerli maliyyə bazarında yeni rəqəmsal həllərin ilk yaradıcılarından biri olaraq, milyonlarla müştəriyə əhəmiyyətli üstünlüklər təklif edir. Bank, xüsusilə pul köçürmələri sahəsində müştərilərinin tələbatını qarşılayaraq rəqibləri arasında ön sıralarda yer alır. Banka məxsus təxminən 10 milyon kartdan Birbank kartlarına edilən bütün köçürmələr tamamilə limitsiz və komissiyasızdır. Bu o deməkdir ki, Birbank müştəriləri öz kartlarından digər Birbank kartlarına istədikləri qədər vəsaiti heç bir məhdudiyyət olmadan rahatlıqla göndərə bilirlər. Digər yerli bank kartlarına köçürmələr edənlər üçün də şəxsi vəsaitlərdən 10 min manatadək məbləği komissiya ödəmədən köçürmək imkanı mövcuddur. Bu imkanlar müştərilərin maliyyə əməliyyatlarını xeyli asanlaşdırır və onların gündəlik bank ehtiyaclarını ödəməyə kömək edir.
Qeyd edək ki, müştəri davranışlarına uyğun olaraq, fərdi yanaşma nəticəsində bəzi müştərilərə müxtəlif limitlər tətbiq oluna bilər. Həmin müştərilər bu limitlər haqqında ətraflı məlumatı Birbank mobil tətbiqindəki şəxsi kabinetlərindən əldə edə bilərlər. Mobil tətbiqdə kart məlumatlarına daxil olub “Xərclər üzrə limit” bölməsindən şəxsi limitə baxmaq mümkündür. SMS və ya Birbank tətbiqində bildiriş almayan müştərilər isə kartın bütün üstünlüklərindən əvvəlki kimi istifadə etməyə davam edirlər. Həmçinin, ölkənin dörd bir yanında yerləşən 1190 ədəd Kapital Bank/Birbank bankomatı müştərilərə maliyyə əlçatanlığı təmin edir. Mədaxil funksiyası olan bankomatlar isə Birbank kart sahiblərinə pulu limitsiz və komissiyasız hesaba yatırma şansı yaradır.
Bank, yalnız pul köçürmələri ilə deyil, kart məhsullarında təklif etdiyi əlavə imkanlarla da fərqlənir. Birbank taksit kartı sahibləri QR ödənişlərində ikiqat ƏDV bonusu qazanırlar. Onlar həmçinin 24 ayadək taksit, birdəfəlik ödənişlərdə nağdlaşdırma və köçürmələrdə 63 günədək güzəşt müddəti kimi imkanlara malikdirlər. Birbank Star kredit kartı sahibinə maliyyə azadlığı verir. Bu kartı istifadə edən hər kəs xərclədiyi məbləği həmin ay qaytara bilər və bu halda əlavə heç bir ödəniş etmək lazım gəlmir. Bu, istifadəçilərə çevik maliyyə idarəçiliyi təklif edir.
Sahibkarlıq və kiçik-orta biznes mövzularında yazıram. Startapların və yerli istehsalçıların uğur hekayələrini izləmək xoşuma gəlir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

10 000 AZN kredit götür, aylıq cəmi 350 manat ödə...
Bugun.az

Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faiz...
Bugun.az

"Birbank"dan onlayn nağd kredit alan hər 100-cü mü...
Azəri Xəbər

Birbank Biznes-dən korporativ müştərilər üçün yeni...
Bugun.az

Birbank Biznes-dən sahibkar qadınlara özəl imkanl...
Bugun.az

Bir ekosistemindən ticarət sənayesinin inkişafı üç...
Azəri Xəbər


