2025-ci ildə iki dəfə Günəş və Ay tutulması olacaq
Gələn il göy üzündə iki dəfə Günəş və iki dəfə Ay tutulması baş verəcək.
İlk Günəş tutulması martın 29-da olacaq. Bu, qismən tutulma olacaq və saat 12:50:35-də başlayıb, saat 16:43:25-də sona çatacaq. Tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək. Təəssüf ki, Azərbaycan ərazisindən bu gözəl hadisəni seyr etmək mümkün olmayacaq.
2025-ci ilin ikinci qismən Günəş tutulması sentyabrın 21-də baş verəcək. Tutulma saat 21:29:32-də başlayıb, sentyabrın 22-si saat 01:53:33-də sona çatacaq. Sakit okean, Yeni Zellandiya və Antarktidada bu göy hadisəsinə şahid olmaq mümkündür, lakin Azərbaycan ərazisindən görünməyəcək.
İlk Ay tutulması isə martın 14-də baş verəcək. Bu, tam Ay tutulmasıdır və saat 09:09:33-də başlayıb, 12:47:48-də sona çatacaq. Tutulma Sakit okean, Amerika, Qərbi Avropa, Qərbi Afrikada müşahidə olunacaq. Azərbaycandan bu tutulma zamanı Ay üfüqdən aşağıda olacağı üçün görünməyəcək.
2025-ci ilin ikinci tam Ay tutulması isə sentyabrın 7-də baş verəcək. Tutulma sentyabrın 7-si saat 20:27:02-də başlayıb, 23:56:26-də sona çatacaq. Bu tutulma Avropa, Afrika, Asiya və Avstraliyada görünəcək. Azərbaycan ərazisindən axşam saatlarından başlayaraq gecə yarısına kimi tam Ay tutulmasını seyr etmək mümkün olacaq.
Oxşar xəbərlər
Laçın 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı ola...
Bugun.az
Bu ilin ilk Günəş tutulması hadisəsi bu tarixdə o...
Son Xeberler
2025-ci ildə Xbox Game Pass-ə əlavə olunacaq oyunl...
Texnologiya xəbərləri
Əhaliyə XƏBƏRDARLIQ
Xəbər Anı
IMF Azərbaycanın İqtisadi Perspektivlərini Proqnoz...
Bugun.az
Noyabrın 1-i ilə bağlı əhaliyə
Xəbər Anı