Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

​​“28 Mall”a giriş bağlandı -SƏBƏB

27.04.2025 07:25 50 baxış sayı 1 dəq. oxuma Metbuat
​​“28 Mall”a giriş bağlandı -SƏBƏB

“28 Mall” Ticarət Mərkəzinə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ticarət Mərkəzi sosial şəbəkədə məlumat yayıb.

Məlumatda bildirilir ki, texniki səbəblərə görə “28 Mall” Ticarət Mərkəzində işıqlar sönüb:

“Təhlükəsizlik məqsədilə ticarət mərkəzinə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.

Günün ikinci yarısında ticarət mərkəzinə daxil olmağın mümkün olacağını düşünürük. Bununla bağlı bir qədər sonra yenidən sizə məlumat verəcəyik.

Bütün komandamız problemin ən qısa zamanda həll edilməsi üçün çalışır”.


A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: