
"28 May"dan "Nizami" metrosuna qatarlar getməyəcək -RƏSMİ

“Bakı Metropoliteni” QSC-nin nümayəndəsi Bəxtiyar Məmmədov bildirib ki, metropoliten xətlərinin ayrılması prosesinə ilkin mərhələ olaraq bu ilin aprel ayında başlanılıb. Bu böyük layihənin həyata keçirilməsi zamanı sərnişinləri narahat edəcək müvəqqəti məhdudiyyətlər yaranacaq. Məmmədovun sözlərinə görə, təxminən 11 ay davam edəcəyi gözlənilən tunel tikintisi dövründə, "28 May" stansiyasından "Nizami" istiqamətinə, yəni Dərnəgül xətti üzrə qatarlar hərəkət etməyəcək. Bu müddətdə qatarlar yalnız Həzi Aslanov–İçərişəhər xətti üzrə işləyəcək. Digər istiqamətə getməli olan sərnişinlər həmin müddətdə yerüstü nəqliyyatla daşınacaq. Bununla bağlı müzakirələr hələ də davam edir. Qurumun məqsədi sərnişin narahatlığını minimuma endirmək və alternativ dövrdə maksimal komfort təmin etməkdir.
Xətləri fiziki olaraq ayırmaq üçün iki əsas şərt var. Birinci şərt hər bir xəttin müstəqil fəaliyyət göstərə bilməsi üçün ayrıca elektrik deposunun olmasıdır. İlkin işlər məhz Dərnəgüldəki elektrik deposunda başlayıb və bu proses iki mərhələlidir. Birinci mərhələ tamamlandıqda, xətlərin ayrılması istiqamətində ilk vacib addım gerçəkləşmiş olacaq. İkinci vacib məqam isə "28 May" stansiyasının yaxınlığında hasarlanmış iki xüsusi ərazidə aparılan işlərlə bağlıdır. Həmin hissələrdə xüsusi dərinliyə qədər hazırlıq şaxtası qazılır. Şaxta hazır olduqdan sonra xətlərin fiziki ayrılması üçün zəruri olan ikinci mərhələ tamamlanacaq. Daha sonra təxminən 200 metrlik tunelin tikintisinə başlanacaq. Bu mərhələnin 11 aya qədər davam edəcəyi gözlənilir. Qurum nümayəndəsi deyir ki, məsələ yalnız sərnişinin stansiyadan çıxıb "Nizami"yə aparılması ilə məhdudlaşmır, o, daha geniş analiz tələb edir. Sərnişinlərin çıxış məntəqələrini dəqiq müəyyənləşdirmək üçün xüsusi monitorinqlərə ehtiyac var.
Bu, böyük və tarixi layihədir, çünki 40 ildən çoxdur ki, bu istiqamətdə genişmiqyaslı iş aparılmayıb. Proses təkcə relslərin çəkilməsi ilə yekunlaşmır. O, həm də qatarların hərəkət təhlükəsizliyi, sürət hədləri, işıqlandırma, elektrik kabellərinin çəkilməsi kimi mühüm işləri əhatə edir. Layihə çərçivəsində iki yeni yarımstansiya inşa ediləcək və mövcud dartı yarımstansiyasının tam yenidən qurulması planlaşdırılır. Bundan başqa, "28 May"–"Cəfər Cabbarlı" istiqamətində sərnişin axınının artacağı nəzərə alınaraq, əlavə piyada keçidinin tikintisi nəzərdə tutulur və bu keçidin həmin 11 ay ərzində hazır olması vacib hesab edilir. Qatarların intervalını minimuma endirmək üçün "İçərişəhər" stansiyasının arxasında dönmə kamerası və "Xətai" stansiyasından sonra iki yeni stansiyanın inşasının başa çatdırılması da tələb olunur.
Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Bayramda qatarlar belə işləyəcək
Bugun.az

"28 May"dan "Nizami"yə metro işləməyəcək
Bugun.az

Qeyri-iş günlərində qatarlarda yeni iş qarfiki açı...
Bugun.az

"Metro traktor kimi işləyir" - Paytaxt sakini
Bugun.az

Qaradağ və Nizami Rayonlarında Qaz Təchizatında Fa...
Bugun.az

“Nizami” stansiyasına giriş
Xəbər Anı


