
3 ulduz futbolçu "Qalatasaray”dan ayrılmağa qərar verdi

Mövsümün fasiləsində "Qalatasaray"a transfer edilərək 1 illik müqaviləyə imza atan Alvaro Morata klubdan getmək istədiyini ifadə edib.
Metbuat.az xəbər verir ki, o, İspaniyanın "Xetafe" klubunda oynamaq istədiyini açıqlayıb. Morata İspaniya millisinin düşərgəsində televiziyaya müsahibə verib. “İspaniyadakı növbəti komandanız hansı olacaq?” sualına Morata, “Xetafedə oynamaq üçün əlimdən gələni edəcəyəm” - deyə cavab verib.
Qeyd edək ki, bundan əvvəl "Qalatasaray"la müqaviləsi başa çatan belçikalı futbolçu Dris Mertens klubla yeni müqavilə imzalamayıb. O, "Qalatasaray"dan ayrılıb. Viktor Osimhenin də “Əl-Hilal” klubu ilə müqavilə imzaladığı irəli sürülür.
Oxşar xəbərlər

Ulduz futbolçu "Qalatasaray"dan ayrıldı
Bugun.az

“Qalatasaray”ın istədiyi Qrizmann qərarını verdi
Bugun.az

"Qalatasaray"dan rekord transfer - Ulduz futbolçu...
Bugun.az

“Qalatasaray” arzusuna çatır - Osimhen seçimini et...
Bugun.az

"Qalatasaray"ın istədiyi ulduz futbolçu bilindi -...
Bugun.az

Adı “Qalatasaray”la hallanan ulduz futbolçu qərarı...
Bugun.az