
4 tonluq "yeriyən" heykəllərin sirri açıldı

Çilinin Pasxa adasında (Rapa Nui) yerləşən nəhəng moai heykəllərinin necə hərəkət etdirildiyi ilə bağlı yüzillərdir davam edən sirr aydınlığa qovuşub.
Metbuat.az xəbər verir ki, bununla bağlı araşdırmanın nəticələri "Journal of Archaeological Science" jurnalında dərc olunub.
ABŞ-nin Stoni Bruk Universitetindən antropoloqlar Karl Lipo və Terri Hantın rəhbərlik etdiyi tədqiqat göstərib ki, bu nəhəng daş heykəllər yerə uzadılaraq deyil, dik vəziyyətdə “yeridilərək” daşınıb.
Əvvəlki nəzəriyyələrə əsasən, moai heykəlləri taxta platformalar üzərində sürüklənərək aparılıb. Lakin yeni araşdırma bu fikri təkzib edib. Alimlər müəyyən ediblər ki, Rapa Nui xalqı heykəlləri iplər vasitəsilə sağa-sola yelləyərək irəlilədib.
Təcrübə zamanı 18 nəfərdən ibarət qrup 4,3 ton çəkili moai nüsxəsini cəmi 40 dəqiqəyə 100 metr məsafəyə “yeridilərək” daşıyıb.
Mütəxəssislərin fikrincə, heykəllərin önə doğru əyilmiş forması və D şəklində olan bazası onların bu cür hərəkət üçün xüsusi quruluşa malik olduğunu göstərir.
Bundan başqa, adadakı qədim yolların quruluşu da bu nəzəriyyəni təsdiqləyir. Təxminən 4,5 metr enində olan və bir qədər içbükey formaya malik yollar heykəllərin dik vəziyyətdə hərəkətini asanlaşdırıb.
Tədqiqatçılar hesab edir ki, bu kəşf təkcə qədim texnologiyanın sirrini açmaqla qalmır, həm də Rapa Nui xalqının yüksək zəkaya və mühəndislik bacarığına malik olduğunu sübut edir.
Oxşar xəbərlər

iPhone 17 Air-in Dizaynı və Xüsusiyyətləri Açıldı!
Texnologiya xəbərləri

45 kilo arıqlayan qadının 3 SİRRİ -
Son Xeberler

Dünyanın Ən Böyük Elektrikli Gəmisi Yola Hazırdır!
Texnologiya xəbərləri

Müxtəlif ölkələrdə meydana çıxan metal sütunların...
Son Xeberler

Düşmənin bu texnikaları məhv edildi
Son Xeberler

Kran aşdı, 11 fəhlə faciəvi şəkildə öldü
Son Xeberler