
5 hərbçinin həlak olduğu qəza necə baş verib? - Detallar

Bakı-Qazax-Gürcüstan avtomagistralının Tovuz rayonunun ərazisindən keçən hissəsində 5 hərbçi və 1 mülki şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Metbuat.az xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, qəzanın baş verdiyi ərazi birtərəfli yol olsa da, nəqliyyat vasitələrindən biri qarşı tərəfdən hərəkət etdiyindən qəza qaçılmaz olub.
"Biz avtobusla Bakıdan gəlirdik. Birdən sürücü qışqırdı ki, üstümüzə əks istiqamətdə maşın gəlir. Avtobusu çəkdi sağa, sonra manevr etdi, maşın yanımızdan keçib getdi. Bir də eşitdik ki, həmin avtomobil qəzaya uğrayıb", - hadisə şahidi İqbal İsmayılzadə deyib.
Onun sözlərinə görə, avtobusda 40-dan çox sərnişin olub.
Ətraflı Baku tv-nin süjetində:
Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Rusiya və Ukrayna arasında hərbçi meyitlərinin müb...
Azəri Xəbər

Faciəli şəkildə həlak olan hərbçinin FOTOSU
Bugun.az

Dəhşətli hadisə: 9 futbolçu həyatını itirdi
İdman Xəbər

Marşrut avtobusu “qırmızı”da keçib qəza törətdi
Xəbər Anı

Ağır qəza oldu - 3 nəfər öldü, 2 yaralı var
Bugun.az

Bu ölkədə helikopter qəzaya uğradı - Nazirlər həla...
Bugun.az


