
60-dan çox ermənin qatıldığı yarışda Avropa çempionu oldu

10 avqust 2025-ci il tarixində Gürcüstanın Poti şəhərində Avropa Çempionatı keçirilib.
10 ölkədən idmançıların qatıldığı yarışda Azərbaycanı təmsil edən Füzuli rayon 34 nömrəli tam orta məktəb şagirdi Səfərov Elton inamlı çıxışı ilə 3 qat Avropa çempionu adını qazanıb.
Gənc idmançı Metbuat.az-a açıqlamasında qalibiyyətlə bağlı təəssüratlarını bölüşüb:
"10 avqust 2025-ci il tarixində Gürcüstan Respublikasının Poti şəhərində keçirilən, 10 ölkənin iştirakı ilə baş tutan və 60-dan çox erməninin qatıldığı Avropa Çempionatında 3 qat Avropa çempionu oldum. Azərbaycan bayrağını dalğalandırdım. Bu qalibiyyət mənə çox sevinc dolu hisslər yaşatdı. Yarışa hazırlıq müddətində çox əziyyət çəkdim, çox yorğunluq olurdu. Lakin qalibiyyət üçün bu əziyyətə dəyərdi. Gələcək hədəfim isə 28 oktyabrda Macarıstanda keçiriləcək Dünya Çempionatında dünya çempionu olub, ölkəmizin bayrağını daha da ucalara qaldırmaqdır".
O, gənclərə milli kimliklərini dərk edən, vətənpərvər, vətəni uğrunda canından keçməyə hazır igid və qəhrəman olmalarını arzulayır.
Elton Səfərov bu uğuru canı bahasına bizi qorumuş şəhidlərimizə həsr etdiyini bildirib.
Ülkər Cəlilzadə / Metbuat.az
Oxşar xəbərlər

Yunan-Roma güləşi üzrə millimiz də Avropa çempion...
Bugun.az

Nihat Məmmədli və Həsrət Cəfərov Avropa Çempionu o...
Bugun.az

Azərbaycanlı güləşçi virtual yarışda ikinci oldu
İdman Xəbər

Azərbaycanlı Atıcı Dünya Çempionu Oldu
Bugun.az

Azərbaycan millisi Ermənistanı üstələdi, Avropa çe...
Bugun.az

Azərbaycanın daha bir güləşçisi virtual yarışda iş...
İdman Xəbər