🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

ABŞ-da TIR sürən Tolga Karel: 12 Koronaviruslu cəsəd daşıdım

27.04.2020 06:54 498 baxış sayı 3 dəq. oxuma
ABŞ-da TIR sürən Tolga Karel: 12 Koronaviruslu cəsəd daşıdım

ABŞ-da TIR sürücüsü olan Tolga Karel, koronavirus səbəbiylə yaşadığı çətinlikləri danışıb.

Tolga Karel 2017-ci ildə sürpriz bir qərarla aktyorluğu buraxmış və Türkiyədən Amerikaya köçmüşdü.

Sarah Scott ilə evlənən və TIR sürücülüyünə başlayan Tolga Karel, ABŞ-da koronavirus müddətində yaşadığı çətin günləri Müge və Gülşen-le 2-ci Səhifə proqramına danışıb.


ABŞ-da yaşamaq çox çətindir.

ABŞ-da yaşamağın çox çətin olduğunu ifadə edən Tolga Karel, "Son bir ayda böyrəklərimə soyuq dəydi. Rentgen üçün bir xəstəxanaya getdimş

Məndən 3500 dollar istədilər. TL ilə 25 min. Mən də onlara rentgen çəkin, böyrəklərim sizin olsun dedim. Ölərəm, amma bu pulu sizə vermərəm"

Daha sonra qeyd edib ki, "Mən ailəmi qorumaq üçün TIR-da yaşayıram.  Çöldə işlədiyimiz üçün xəstələnmiş ola bilərik. İnsanlar burada işlərini itirirlər. Çox çətin vəziyyətdədirlər. Bir işim olduğuna görə şükür edirəm.

Dünən həyat yoldaşım zəng etdi, ağladı, 1,5 ildir işlədiyi işdən çıxarıblar. 


Koronaviruslu 12 nəfərin cəsədini daşıdım

Nyu-Yorka getdiyim zaman isə "Qısa məsafəyə yük var" dedilər. Gedib yükə baxanda gördüm ki, başqa meyitxanaya aparılacaq 12 cəsəd var. Əvvəl şok oldum, nə edəcəyimi bilmirdim. Koronavirus səbəbiylə TIR-ın soyuducu qoşqusunda ölən 12 nəfərin cəsədlərini apardım "


Paylaş: