
ABŞ-də hökumətin bağlanmaması üçün büdcə layihəsi təqdim edildi

ABŞ Konqresinin iki Demokrat üzvü federal hökumətin bağlanmasının qarşısını almaq üçün Senat və Nümayəndələr Palatasına büdcə layihəsi təqdim edib.
Metbuat.az xəbər verir ki, bu barədə demokrat senator Patti Murrey və nümayəndə Roza Delauro ABŞ Senatının rəsmi saytında birgə bəyanatla çıxış ediblər. Onlar federal hökumətin maliyyə çatışmazlığı səbəbindən bağlanmasının qarşısını almaq üçün Senat və Nümayəndələr Palatasına müvəqqəti büdcə layihəsi təqdim etdiklərini açıqlayıblar.
Qeyd edək ki, ABŞ qanunlarına görə, Konqres oktyabrın 1-də başlayan və sentyabrın 30-da başa çatan maliyyə ili üçün büdcəni vaxtında təsdiq edə bilmirsə, buna qədər olan müddət müvəqqəti büdcələrlə əhatə olunmalıdır. Müvəqqəti büdcənin təsdiq edilə bilməyəcəyi dövrlərdə federal hökumət xərcləmə səlahiyyətini itirir və həyati əhəmiyyətli xidmətlər istisna olmaqla, bütün fəaliyyəti dayandırmağa məcbur olur.
Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Hesablama Palatasının sədri: "Büdcə sənədləşməsini...
Azəri Xəbər

Pentaqon 130 milyon dollar anonim ianə alıb
Azəri Xəbər

Azərbaycanda gələn il də minimum maaş 400 manat ol...
Azəri Xəbər
Hesablama Palatası: Dövlət borcu və büdcə gəlirlər...
Azəri Xəbər

Sahil Babayev: "Son 5 ildə kənd təsərrüfatı xərclə...
Azəri Xəbər

ABŞ iqtisadiyyatı şatdauna görə 7-14 milyard dolla...
Azəri Xəbər


