
ABŞ HƏMAS-la gizli danışıqlar aparıb - KİV

ABŞ administrasiyasının HƏMAS-la birbaşa, gizli danışıqlar apardığı iddia edilib.
Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ Qəzzada ABŞ vətəndaşı olan israilli məhbuslar məsələsi və İsraillə daha əhatəli razılaşmanın mümkünlüyü ilə bağlı HƏMAS-la müzakirələr aparıb. Bu, ABŞ-nin HƏMAS ilə ilk dəfə birbaşa əlaqə saxlamasıdır. Mənbələr bildirib ki, Vaşinqton administrasiyası adından danışıqları ABŞ-nin girovlar üzrə xüsusi nümayəndəsi Adam Boehlerin aparıb. Tərəflər Qətərin paytaxtı Dohada bir araya gəlib. Danışıqlarda ikili İsrail-Amerika vətəndaşlığını daşıyan girovların azadlığa buraxılması, bütün məhbusların azad edilməsi və davamlı atəşkəsə nail olmaq üçün daha əhatəli razılaşmanın mümkünlüyü müzakirə edilib.
Mənbələr bildiriblər ki, Tramp administrasiyası HƏMAS-la danışıqlar barədə İsraillə məsləhətləşib və danışıqların məzmunu ilə bağlı Təl-Əvivə müxtəlif kanallar vasitəsilə məlumat verilib.
Oxşar xəbərlər

HƏMAS-ın komandiri öldürüldü
Bugun.az

HƏMAS Atəşkəs Təklifini Qəbul Etməyə Hazırdır
Bugun.az

İsrail HƏMAS-ın rəhbər şəxslərindən birini öldürdü
Bugun.az

Fəth və HƏMAS nümayəndələri bir araya gəldi
Bugun.az

HƏMAS Uitkoffun Qəzza təklifinə cavabı vasitəçilər...
Bugun.az

HƏMAS Uitkoffun Qəzza təklifinə cavabı vasitəçilər...
Bugun.az