Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

ABŞ-la güclü tərəfdaşlıq münasibətlərinin dəstəkləndiyini görürük -Prezident

19.07.2025 15:25 11 baxış sayı 1 dəq. oxuma Metbuat
ABŞ-la güclü tərəfdaşlıq münasibətlərinin dəstəkləndiyini görürük -Prezident

İndi biz ABŞ-la güclü tərəfdaşlıq münasibətlərinin dəstəkləndiyini görürük. Biz Vaşinqtondan müsbət mesajları alırıq, o cümlədən Azərbaycanın da buna mesajları çox müsbətdir. Bizim tərəfdaşlığımızın çox zəngin tarixi var.

Metbuat.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib.

“Biz Cənubi Qafqazda gedən proseslərdə Amerikanın fəal iştirak etmək cəhdini görürük. Onlar istəyirlər ki, Ermənistanla Azərbaycan arasında uzunmüddətli münaqişənin tamamilə aradan qaldırılmasına öz töhfələrini versinlər. Düşünürəm ki, gələcəkdə biz daha çox xoş xəbərləri eşidəcəyik”, - deyə dövlətimizin başçısı vurğulayıb.

T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: