🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Acun Emreliyə zəng etdi

08.06.2025 07:25 19 baxış sayı 1 dəq. oxuma
Acun Emreliyə zəng etdi

Türkiyəli iş adamı Acun Ilıcalı Azərbaycan yığmasının hücumçusu Mahir Emreliyə zəng edib.

Metbuat.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, o, Mahirə sahibi olduğu İngiltərə Çempionşip təmsilçisi “Hall Siti”də oynamağı təklif edib.

A.Ilıcalı ona bu transferdə israr edib.

Mahir isə hələ ki, gözləməyi lazım bilib. Buna səbəb isə “Dinamo”da (Zaqreb) forvardın baş məşqçisi olmuş və ona kifayət qədər şans tanımayan Sergey Yakiroviçin “Hall Siti”yə təyin olunma ehtimalıdır.

Məhz bu səbəbdən Emreli gözləmək istəyir.

M.Emreliyə Bundesliqadan isə iki təklif var. Belə ki, o, “Verder” (Bremen) və “Yunion Berlin”dən təklif alıb. Onun karyerasını harda davam etdirəcəyinə isə milli komandaların matçından sonra aydınlıq gələcək.

Paylaş: