Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Adnan Əhmədzadə belə həbs edilibmiş

20.09.2025 14:25 14 baxış sayı 1 dəq. oxuma Metbuat
Adnan Əhmədzadə belə həbs edilibmiş

Xəbər verdiyimiz kimi, SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə Azərbaycanda həbs olunub. O, iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, Adnan Əhmədzadə ötən gün "Formula 1" üzrə Azərbaycan Qran-prisinin yarışlarına baxmaq üçün əraziyə gedib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları iş adamını məhz orada saxlayıblar. Həmçinin onun yanında şəxsi mühafizəçiləri də olub.

Bildirək ki, A. Əhmədzadə yarışın keçirildiyi əraziyə "Maybach" markalı "77-AA-555" dövlət qeydiyyatı nişanlı avtomobili ilə gəlibmiş.

S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: