Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Adnanın "5455" nömrəli maşınları - Ona uyğun seçilib

26.09.2025 20:25 21 baxış sayı 1 dəq. oxuma Metbuat
Adnanın "5455" nömrəli maşınları - Ona uyğun seçilib

SOCAR-ın İnvestisiya departamenti rəhbərinin sabiq müavini, hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadəyə məxsus olduğu iddia edilən Dubaydakı lüks avtomobillərin fotoları yayılıb.

Metbuat.az axar.az-a istinadən xəbər verir ki, sözügedən görüntülər sosial şəbəkələrdə gündəm olub və müzakirə yaradıb.

Paylaşılan görüntülərdə bir neçə bahalı avtomobil, o cümlədən "Lamborcini", "Rolls-Roys" və "Mersedes G-Class" kimi markalar yer alıb.

İddialara görə, avtomobillərin dövlət nömrə nişanları (5455) öz telefon nömrəsinə uyğun seçilib və avtomobilləri gizlətmək üçün İlham Qədimov adına rəsmiləşdirib.

Qeyd edək ki, Adnanın Bakıda istifadə etdiyi maşınlar da bahalıdır və "Mersedes Maybak"I 77-AA-555 nömrəsinə sahibdir. Adnanın elə həmin avtomobildə də həbs edildiyi bildirilir.

A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: