Bugun.az
Bugun.az

11.10.2024 11:25

6 abunə

11

"AHİK Könüllüləri" Proqramı: Gənclərin Cəmiyyətə Töhfə Vermək Üçün Fürsət

"AHİK Könüllüləri" Proqramı: Gənclərin Cəmiyyətə Töhfə Vermək Üçün Fürsət

Azərbaycan xalqı, humanist dəyərləri və nəcib missiyaları hər zaman ön planda tutan bir xalqdır. Könüllülük hərəkatı, xeyirxahlıq və ümummilli amallar naminə təmənnasız dəstək, xalqımızın tarixində həmişə mühüm rol oynayıb.


Müstəqil Azərbaycanımızın qurucusu Heydər Əliyev, könüllülük hərəkatını dövlət siyasətinin önəmli bir hissəsinə çevirdi. Bu gün, Prezident İlham Əliyev tərəfindən bu hərəkat daha da gücləndirilərək, gənclərimizə xidmət etmək, cəmiyyətimizi inkişaf etdirmək üçün yeni imkanlar yaradır. Könüllülük artıq ölkəmizin hər yerində, hər sahədə özünü göstərir, vətəndaşlarımız, xüsusilə gənclərimiz bu imkandan yararlanaraq Azərbaycanın daha da tərəqqisinə öz töhfələrini verirlər.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), ölkəmizin gənclərini cəmiyyətimizə faydalı olmaq, bilik və bacarıqlarını artırmaq üçün yeni bir proqram başlatdı: "AHİK Könüllüləri".


Bu proqram, həmkarlar ittifaqlarının fəaliyyətinin geniş yayılması, nüfuzunun artırılması və sıralarının genişlənməsində böyük rol oynayacaq. Eyni zamanda, gənclərimizə bilik və bacarıqlar qazanmaq, öz istedadlarını üzə çıxarmaq, təcrübə toplamaq və sosiallaşmaq üçün mühüm bir fürsətdir.


Konfederasiyanın müxtəlif tədbirlərinə könüllülərin cəlb olunması, onların fərdi inkişafına və peşəkar kadr kimi yetişməsinə mühüm dəstək olacaqdır.


18-25 yaş arası analitik düşünmə qabiliyyətli, intellektli və nizam-intizamlı gənclər, ali təhsil alan və ya məzun olan hər kəs bu layihəyə qatıla bilər. Xarici dil biliyi olan və könüllülük təcrübəsi keçmiş gənclərə üstünlük verilir.


Proqrama qoşulan gənclər "Stage" və "StagePro" olmaqla iki mərhələdən ibarət təlim proqramına daxil olacaqlar. Hər mərhələ 2 ay davam edəcək. Könüllülər, Konfederasiyanın mərkəzi Aparatında və üzv təşkilatlarında işləyərək, rəqəmsal və yumşaq bacarıqlar öyrənəcək, informasiya sessiyalarına qatılacaqlar, peşəkar təlimlər alacaqlar və komandada işləmək bacarıqları inkişaf etdirəcəklər.


Proqramı uğurla başa vuran gənclər, müvafiq olaraq "AHİK Könüllüləri" proqramının "Stage" və "StagePro" sertifikatları ilə təltif olunacaqlar.


Cəmiyyətə töhfə vermək istəyən gənclər, oktyabrın 30-u saat 18:00-dək, https://bit.ly/AHİKkönüllüləri linki vasitəsilə proqrama qatılmaq üçün müraciət edə bilərlər.