
Aktauda qəza yerində fövqəladə vəziyyət rejimi tətbiq edildi

Qazaxıstanın Tüpkaraqan rayon akimatının (yerli İcra Hakimiyyəti – red.) əmri ilə AZAL-ın təyyarəsinin qəzaya uğradığı yerdə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV məlumat yayıb.
“Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin qəzaya uğradığı yerdə Fövqəladə Hallar Nazirliyinin kinologiya xidmətlərinin iştirakı ilə axtarış-xilasetmə işləri davam edir. Qəzanın nəticələrinin aradan qaldırılmasında 482 nəfər, 97 ədəd texnika, 2 təyyarə və 10 kinoloji briqada iştirak edir”, - Qazaxıstan FHN-dən bildirilib.
Qeyd olunur ki, FHN-in “Qaynar xətt”inə 571 müraciət daxil olub.
Videokonfrans vasitəsilə Qazaxıstan, Rusiya və Azərbaycan FHN-ləri arasında koordinasiya və məlumat mübadiləsi həyata keçirilir.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.
Son məlumata görə, təyyarə qəzasından 32 nəfər sağ çıxıb.
Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Rusiyada fövqəladə vəziyyət...
Bugun.az
Macarıstanda fövqəladə vəziyyətin müddəti uzadılıb
Azəri Xəbər

Rusiyada fövqəladə vəziyyət elan edildi
Bugun.az

Rusiyada fövqəladə vəziyyət elan edildi
Bugun.az
Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib - Ölə...
Azəri Xəbər

Paşinyan geri çəkildi,
Son Xeberler


