
Aleksandr Lukaşenko İlham Əliyevə təbrik məktubu göndərdi

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Metbuat.az xəbər verir ki, mətndə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Təbiətin oyanışının və həyatın yeni mərhələsinin başlanğıcının, daha yaxşı gələcəyə inamın rəmzi olan gözəl Novruz bayramı münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Əminəm ki, Belarus ilə Azərbaycan arasında mövcud olan xoşniyyətli münasibətlər dövlətlərimizin xalqlarının rifahı naminə ikitərəfli əlaqələrin bütün sahələrdə bundan sonra da genişlənməsinə kömək edəcək.
Bu əlamətdar bayram günündə Sizə möhkəm cansağlığı və planlarınızın uğurla həyata keçməsində uğurlar, ölkənizin əhalisinə sülh və əmin-amanlıq arzulayıram".
Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.
Bütün məqalələrə baxınOxşar xəbərlər
Özbəkistan Prezidenti İlham Əliyevi Zəfər Günü mün...
Azəri Xəbər
Sadır Japarov Azərbaycan liderini Zəfərin 5-ci ild...
Azəri Xəbər

Milli Məclis Prezident İlham Əliyev və Birinci vit...
Azəri Xəbər

Şahbaz Şərif İlham Əliyevi təbrik edib
Bugun.az

MM Prezidentə və xanımına təbrik məktubu ünvanladı
Bugun.az

Lukaşenko AŞB prezidentliyinə namizədləri "axmaq"...
Xəbər Anı


