
Alonsodan Kenan Yıldız barədə açıqlama

“Real Madrid”in baş məşqçisi Xabi Alonso Türkiyə futbolunun iki istedadlı gəncini, Arda Güler və Kənan Yıldızı yüksək qiymətləndirib. Alonso bu açıqlamaları UEFA Çempionlar Liqası çərçivəsində “Yuventus”la baş tutacaq matçdan əvvəlki mətbuat konfransında verib. Mütəxəssis, hər iki oyunçunun meydanda çox yaxşı performans nümayiş etdirdiyini söyləyib.
Alonso eyni zamanda Arda Gülerin Mesut Özil və Quti ilə müqayisə edilməsi mövzusuna da aydınlıq gətirdi. Baş məşqçinin sözlərinə görə, Ardanın oyun stili bu futbolçuların hər ikisindən fərqlidir. O, diqqəti xüsusilə “Yuventus”da oynayan Kənan Yıldız üzərində cəmləşdirib, gənc oyunçunun fantastik inkişaf etdiyini vurğulayıb.
Mətbuat konfransı zamanı Alonso rəqib komanda haqqında da fikir bildirib. Onun qiymətləndirməsinə görə, “Yuventus” taktika baxımından yüksək səviyyəli və bacarıqlı bir komandadır.
Formula 1, avtomobil yarışları və motor idmanları üzrə yazıram. Bakıda Formula 1 yarışları keçirilməyə başlayandan bəri bu maraq daha da böyüyüb.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Lamin Yamal və Kənan Yıldız ilin "ən yaxşı"ları se...
Bugun.az

Avropa nəhəngi türk futbolçunu istəyir - Təklif ve...
Bugun.az

Türkiyə Monteneqronu Yendi
Bugun.az

Artıq satış siyahısına qoyuldu - 100 milyon tələb...
Bugun.az

Ulduz futbolçu küsdü - "Real"dan gedir
Bugun.az

Evliliyi 30 gün çəkən aktrisadan ərinə ittihamlar
Şou Xəbər