
Ançelotti Arda Gülərdən vaz keçdi - "Real" Niko Pazı geri alır

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti, Arda Gülərin yerinə Niko Pazı transfer etmək istəyir.
Xəbərə görə, Ançelotti İtaliya A Seriyasının “Komo” klubuna satılan Niko Pazın qaytarılmasını tələb edib. “Real”ın futbolçunu geri almaq hüququ var. İspaniya mətbuatında verilən məlumata görə, Arda Gülerlə eyni mövqedə çıxış edən Niko Paz, İtaliyada əla oyun göstərir. O, Argentinanın son matçında da iştirak edib və Lionel Messiyə məhsuldar ötürmə verib. Bildirilir ki, Niko Pazın qayıdışından sonra Arda Güler heyətə düşməkdə daha da çətinlik çəkəcək.
Qeyd edək ki, Niko Pazın satılmasına Arda Gülərin transfer edilməsi səbəb olub. İspaniya mətbuatı Niko Pazın mümkün qayıdışını Ançelottinin Arda Gülərdən vaz keçməsi kimi dəyərləndirib.
Etiketlər
Oxşar xəbərlər

Ardanın yerinə bu futbolçu alınır - "Real" macəras...
Bugun.az

Ançelotti Ardanı "unutdu" - Böhran səngimir
Bugun.az

Ançelotti Derbi üçün Yeni Planını Açdı: Arda Güler...
Son Xeberler

Arda Gülər əməliyyat oldu! Uzun müddət meydanlarda...
Ən Son Xəbərlər

Mourinyo Arda Güler Transferi üçün "Real"a Təzyiq...
Bugun.az

Ançelottinin Ardanın üzünə dediyi sözlər gündəm ol...
Bugun.az