Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Aparıcının bu görüntüləri müzakirə olundu - Video

04.11.2024 17:25 148 baxış sayı 1 dəq. oxuma Metbuat
Aparıcının bu görüntüləri müzakirə olundu - Video

Aparıcı Aytən Səfərova sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.

Metbuat.az xəbər verir ki, aparıcı gil yediyi görüntüləri izləyiciləri ilə bölüşüb.

"Heç vaxt düşünməzdim ki, bunu edəcəyəm. Görəndə həmin insanları az qala lağa qoyurdum. Amma, doğrudan da, bəzən orqanizmi dinləyəndə aptekdəki dərmanı yox, məhz bunu tapıb qəbul etmək məcburiyyətindəsən. Sizcə, bu, nədir? Siz indiyədək "əndirəbadi" nə yemisiniz?" deyə, o, paylaşımında yazıb.

Aparıcının görüntüləri müzakirə yaradıb. Bəziləri ondan bunu nə üçün etdiyini soruşub. O isə cavabında orqanizmində kalsium və dəmir çatışmazlığı olduğunu bildirib.


G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: