Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Aqil Allahverdiyev vəzifəsindən azad edildi -FOTO

17.10.2025 12:12 7 baxış sayı 1 dəq. oxuma Metbuat
Aqil Allahverdiyev vəzifəsindən azad edildi -FOTO

“Bakı Metropoliteni” QSC-nin Ətraf mühit, sağlamlıq və təhlükəsizlik departamentinin rəisi vəzifəsindən azad edilib.


QSC-nin sədri Vüsal Aslanovun əmri ilə departamentin rəisi Aqil Allahverdiyev tutduğu vəzifədən ayrıldı. QSC-dən verilən məlumata görə, o, karyera yüksəlişini fərqli bir istiqamətdə davam etdirmək istəyi səbəbindən öz ərizəsi ilə işdən çıxıb.


Xatırladaq ki, A. Allahverdiyev bu ilin aprel ayında həmin vəzifəyə təyin olunmuşdu.


Son aylarda Vüsal Aslanov tərəfindən “Bakı Metropoliteni” QSC-yə təyin edilən vəzifəli şəxslərin kütləvi şəkildə işdən çıxmaları ilə bağlı məlumatlar yayılmaqdadır.


R
Əmlak bazarı müxbiri

Daşınmaz əmlak bazarı və tikinti sektoru üzrə yazıram. Bakının necə dəyişdiyini izləmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: