
"Arsenal" son dəqiqə məğlubiyyətdən "canını qurtardı"

Londonun "Arsenal" klubu İngiltərə Premyer Liqasının 5-ci turunun son dəqiqələrində "Mançester Siti"yə məğlubiyyətdən xilas olub.
Metbuat.az xəbər verir ki, Londondakı "Emirates" stadionunda keçirilən görüş 1:1 hesabı ilə yekunlaşıb.
Qarşılaşmanı baş hakim Stüart Atvell idarə edib.
Hesabı doqquzuncu dəqiqədə Erlinq Holann açıb və "Siti"ni önə keçirib. 90+3-cü dəqiqədə Qabriel Martinelli bərabərlik qolunu vurub.
Bu oyundan sonra "Mançester Siti" 7 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 9-cu, "Arsenal" isə 10 xalla ikinci pillədə qərarlaşıb.
"Şəhərlilər" növbəti turda sentyabrın 27-də doğma meydanda "Byornli"ni qəbul edəcək, "topçular" isə sentyabrın 28-də səfərdə "Nyukasl Yunayted"lə qarşılaşacaq.
Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....
Bütün məqalələrə baxınOxşar xəbərlər

Çempionlar Liqası Şousu: Arsenal 14 Dəqiqəyə 4 Qol...
Son Xeberler

UEFA "Arsenal"ı avrokuboklardan uzaqlaşdırdı
Bugun.az

"Arsenal" London derbisində "Tottenhem"i darmadağı...
Azəri Xəbər

"Arsenal" "Tottenhem"i darmadağın etdi
Bugun.az

“Arsenal” 11 oyun sonra məğlub oldu
Bugun.az
"Arsenal"ın braziliyalı futbolçusu yığmanın matçın...
Azəri Xəbər


