🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.
Bugun.az
Bugun.az
9 abunə

Artur Rasizadənin səhhəti pisləşdi

13.02.2025 09:25 78 baxış sayı 1 dəq. oxuma
Artur Rasizadənin səhhəti pisləşdi

Azərbaycanın sabiq baş naziri Artur Rasizadənin səhhətində problem yaranıb.

Metbuat.az modern.az-a istinadən xəbər verir ki, keçmiş baş nazir bu günlərdə səhhətinin pisləşməsi səbəbindən müalicə üçün xarici ölkəyə səfər edib.

Onun artıq ölkəyə qayıtdığı bildirilib.

Qeyd edək ki, bir neçə gün sonra - fevralın 26-da Artur Rasizadənin 90 yaşı tamam olur.

Xatırladaq ki, Artur Rasizadə 22 il Azərbaycanın baş naziri olub.

Paylaş: