
ASA jurnalistlər arasında yazı müsabiqəsi elan edir

“Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi (ASA) jurnalistlər arasında növbəti dəfə həyat sığortası mövzusu üzrə yazı müsabiqəsinə start verir.
ASA-dan Metbuat.az-a verilən məlumata görə, “Kredit götürənlərin həyat riskləri sığorta təminatında” mövzusu üzrə elan edilən yazı müsabiqəsində I, II və III yerləri tutan jurnalistlərə müvafiq olaraq 1500, 1000, 750 AZN məbləğində pul mükafatları və sertifikatlar, o cümlədən, IV və V yerləri tutan jurnalistlərə isə qiymətli hədiyyələr təqdim olunacaq.
Yazı müsabiqəsinin şərtləri aşağıdakı kimidir:
Qurumdan bildirilir ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının hər il ənənəvi olaraq elan etdiyi bu yazı müsabiqələri ölkəmizdə sığorta savadlılığının artırılmasına, cəmiyyətdə sığortaya marağın formalaşdırılmasına, habelə, jurnalistlərin sığorta sahəsində də ixtisaslaşmasına töhfə vermək məqsədilə həyata keçirilir.
Qeyd edək ki, bu yazı müsabiqəsi Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində təşkil olunur.
Oxşar xəbərlər

"Avroviziya - 2025" mahnı müsabiqəsi başladı
Bugun.az

Məktəblərdə yazı vərdişləri "dəbdən düşdü"
Bugun.az

“DİVAN” Milli Məhkəmə Simulyasiyası üzrə qeydiyyat...
Edumap.az Təhsil Portalı

Baku TV rus redaksiyası üçün "Redaktor" vakansiyas...
Edumap.az Təhsil Portalı

Mixail Jvanetski vəfat etdi
Son Xeberler

MEDİA "Fərdi jurnalist müsabiqəsi"nin nəticələrini...
Bugun.az