Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Atəşkəsdən sonra 15 mindən çox livanlı evlərinə qayıdıb

29.11.2024 19:25 163 baxış sayı 1 dəq. oxuma Metbuat
Atəşkəsdən sonra 15 mindən çox livanlı evlərinə qayıdıb

İsrail və Livan arasında atəşkəs razılaşmasının qüvvəyə minməsindən sonra livanlılar evlərinə qayıdır.

Metbuat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı məlumat paylaşıb. Məlumata görə, İsrail və Livan arasında atəşkəs əldə edildikdən sonra 15 mindən çox livanlı Suriyadan evlərinə qayıdıb.

Qeyd edək ki, Livandakı bombardmanlardan sonra minlərlə livanlı və suriyalı Suriyaya köçmüşdü. Livanda atəşkəs razılaşması iki gün əvvəl qüvvəyə minib. Razılaşmanın ikinci maddəsində deyilir ki, İsrail Livandakı mülki, hərbi və ya dövlət hədəflərinə qurudan, dənizdən və ya havadan heç bir hərbi hücum həyata keçirməyəcək.

G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: