
ATƏT-in Minsk Qrupu bərpa edilə bilməz - Rəsmi Moskva

ATƏT-in Minsk Qrupu (Rusiya, ABŞ və Fransanın həmsədrliyi ilə) bütün institutları ilə beynəlxalq danışıqlar formatı kimi bərpa edilə bilməz.
Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova brifinqdə söyləyib.
“Bunun bütün strukturları, hətta ümumiyyətlə, Minsk Konfransı, bu Minsk Qrupu, yüksək səviyyəli planlaşdırma qrupu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi vəzifəsindən danışsaq belə, ləğv edilməlidir”, - deyə o qeyd edib.
O vurğulayıb ki, bu məsələ ilə bağlı qərar qəbul etməyin optimal yolu Bakı və İrəvanın qeyd olunan qurumların ləğvi ilə bağlı birgə təklifidir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi xatırladıb ki, 2022-ci ildə qrupun amerikalı və fransız həmsədrləri sadəcə olaraq orada fəaliyyətini dayandırıblar:
“Ermənistan, Azərbaycan, Avropa İttifaqı və Fransanın iştirakı ilə keçirilən sammitdən sonra Ermənistan da Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Bu, 6 oktyabr 2022-ci ildə Praqada olub. Hər şeyə əlavə olaraq, 2023-cü ilin sentyabrında yer üzündəki vəziyyət kəskin şəkildə dəyişib.
Müvafiq olaraq, Minsk Qrupu həmsədrlərinin Qarabağ nizamlanması üzrə vaxtilə ATƏT-in təsdiq etdiyi və bu çoxdan olan mandatı sadəcə olaraq aktuallığını itirib. Madam ki, bu qrupda iki həmsədr fəaliyyətini dayandırıb, üstəlik bütün yuxarıda qeyd olunan amillər də ortaya çıxıb, o zaman hansı ATƏT-in Minsk Qrupundan danışmaq olar?”.
Oxşar xəbərlər

Bu gecədən müvəqqəti humanitar atəşkəs elan olunur...
Son Xeberler

ATƏT-in Minsk Qrupu həmsədrləri bəyanat yayıb
Son Xeberler

Rusiya Azərbaycanla uçuşları bu tarixdən bərpa edi...
Son Xeberler

Türkiyə Ermənistanla münasibətlərin inkişafı üçün...
Bugun.az

Markov: “ATƏT-in Minsk qrupu işinin öhdəsindən gəl...
Son Xeberler

BMT-nin Baş katibi mülki əhali ilə bağlı məsələdən...
Son Xeberler