Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Avropa nəhəngi "Qalatasaray"ın ulduzunu alır

30.06.2025 15:25 39 baxış sayı 1 dəq. oxuma Metbuat
Avropa nəhəngi "Qalatasaray"ın ulduzunu alır

"İnter" klubu "Qalatasaray"ın futbolçusunu transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, İtaliya A Seriyasının nəhəngi Barış Alper Yılmazın xidmətində maraqlıdır. İtalyan mətbuatında yer alan xəbərə görə, "İnter" türk futbolçu üçün təklif irəli sürüb. "Qalatasaray"ın Barış Alper Yılmaz üçün azı 35 milyon avro istədiyi bildirilib. Xəbərdə deyilir ki, Barış Alper Yılmazın “İnter”də oynaya biləcək istedadı var və futbolçu kluba uyğunlaşa bilər. Premyer Liqa və Almaniyadan da futbolçuya təkliflərin olduğu iddia edilib.

Ötən mövsüm "Qalatasaray"ın heyətində 48 matçda iştirak edən Barış Alper Yılmaz 14 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: