
Avtoxuliqanlıq edən sürücü həbs edildi

Bakı Şəhər DYP İdarəsinin məlumatına əsasən, Nizami RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Chevrolet” markalı, 90-YL-782 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kamran Ağaliyev saxlanılıb.
Metbuat.az xəbər verir ki, sənədləri yoxlanılan zaman sürücünün nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi də müəyyən olunub.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə K.Ağaliyevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, on beş gün inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər

Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olund...
Bugun.az

Qubada narkotik vasitə qəbul edən sürücü postda hə...
SON Xəbər

XİN-in daha 2 yüksək rütbəli əməkdaşı həbs edildi...
Son Xeberler

Daha bir tiktoker həbs edildi
Xəbər Anı

Karantində toy edən sabiq deputat və qudası həbs e...
Son Xeberler

Sürücü polisə tabe olmadı, həbs edildi -VİDEO
Bugun.az