Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

"Ayaks" oyunçusu: "Qarabağ"la çətin oyun olacaq

23.10.2024 08:25 236 baxış sayı 1 dəq. oxuma Metbuat
"Ayaks" oyunçusu: "Qarabağ"la çətin oyun olacaq

"Sabah meydanda çox işləməli olacağıq".


"Ayaks" futbolçusu Kian Fits-Cim UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri oyunla bağlı açıqlama verib. Fits-Cim Ağdam komandasının matçlarını izlədiyini və onların son 10 ildə ölkə çempionu olduğunu qeyd edib.


21 yaşlı yarımmüdafiəçi "Qarabağ"ın texnikalı yarımmüdafiəçilərə malik olduğunu vurğulayıb və qarşılaşmanın çətin olacağını bildirib. O, komandanın bu matça hazır olduğunu söyləyib.


Qarşılaşma oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:45-də başlayacaq.


A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: