
Aytən Səfərovaya cinayət işi açıldı

Xəzər televiziyasının aparıcısı Aytən Səfərova barəsində ölümə səbəb olan yol-nəqliyyat hadisəsinə görə cinayət işi başlanıb. Hazırda istintaq prosesi davam edir.
Metbuat.az xəbər verir ki, məlumatı gununsesi.info əldə etdiyi rəsmi sənədlərə istinadla yayıb.
Xatırladaq ki, hadisə ötən ilin aprelində Xətai rayonu ərazisində, 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində baş verib. Aprıcının idarə etdiyi “Hyundai Accent”lə “Hyundai İX-35” markalı digər maşın toqquşub. Qəza nəticəsində “İX-35”də olan Ayxan Əliyev adlı gənc dünyasını dəyişib.
Bir ildən çox davam edən istintaq və ekspertiza nəticələrində qəzanın baş verməsində hər iki sürücünün günahı olduğu müəyyənləşdirilib.
Araşdırmalara əsasən, 19 yaşlı “İX-35” sürücüsü İsmayıl Məmmədov dönmə manevrini ikinci hərəkət zolağından edib və bunu qırmızı işıq yanarkən həyata keçirib. Ekspert rəyinə görə, Aytən Səfərova isə icazə verilən sürət həddini keçib. Bu qayda pozuntusu hadisənin qarşısını almaq imkanını texniki olaraq mümkünsüz edib.
Bundan başqa, müəyyən olunub ki, Aytən Səfərova avtomobili sürücülük hüququ olmadan idarə edib — hadisə vaxtı onun sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitmiş olub.
İstintaq yekununda İsmayıl Məmmədov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (yol hərəkəti qaydalarının pozulması, ehtiyatsızlıqdan insan ölümü ilə nəticələndikdə) ilə ittiham olunub. Zərərçəkmişin ailəsi ondan şikayətçi olmayıb. Məhkəmənin qərarı ilə gənc sürücü məntəqə tipli cəzaçəkmə müəssisəsində 3 il müddətinə azadlıqdan məhrum edilib.
Aytən Səfərova ilə bağlı isə Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi (sürücülük hüququ olmayan şəxsin yol hərəkəti qaydalarını pozaraq ölümə səbəb olması) üzrə ayrıca cinayət işi ayrılıb və istintaq davam edir.
Oxşar xəbərlər

Baş Prokurorluqdan əkizlərdən birinin oğurlanması...
Son Xeberler

iPhone 17 Air-in Dizaynı və Xüsusiyyətləri Açıldı!
Texnologiya xəbərləri

Uşaqlar arasında təhlükəli virus yayılıb
Tibbi məlumatlar

Ağcabədidəki partlayış ilə bağlı cinayət işi açıld...
Bugun.az

Bu azərbaycanlı Türkiyədən qovuldu - Digərinə cina...
Bugun.az

Məşhur azərbaycanlı diktorun qızı
Son Xeberler