Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Ayxan Abbasov onu millidən göndərdi - FOTO

15.10.2025 19:25 16 baxış sayı 1 dəq. oxuma Metbuat
Ayxan Abbasov onu millidən göndərdi - FOTO

Azərbaycan milli futbol komandasının hücumçusu Renat Dadaşovun DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turunda Ukrayna yığmasına qarşı oyunda (1:2) iştirak etməməsinin səbəbi məlum olub.

Metbuat.az azerisport.com-a istinadən xəbər verir ki, 26 yaşlı hücumçu Fransaya qarşı keçirilən oyunun ikinci hissəsində meydana buraxılmalı imiş. Lakin taktiki və oyunla bağlı səbəblərə görə, onun əvəzinə başqa bir futbolçu oyuna daxil edilib.

Bu qərar Polşanın "Motor" klubunda çıxış edən və hazırda ən yaxşı formada olmayan hücumçunun xoşuna gəlməyib və o, narazılığını baş məşqçi Ayxan Abbasova bildirib. Nəticədə Dadaşov növbəti oyunun - Ukrayna ilə görüşün iştirak ərizəsinə salınmayıb.

Hazırda Dadaşovun Ayxan Abbasov milli komandanın baş məşqçisi olduğu müddətdə milliyə çağırılıb-çağırılmayacağı sual altındadır.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: