🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Azad edilmiş ərazilərdə 81 mina aşkarlandı

14.07.2025 07:25 9 baxış sayı 1 dəq. oxuma
Azad edilmiş ərazilərdə 81 mina aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (07.07.2025 - 13.07.2025) açıqlanıb.

ANAMA-dan Metbuat.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 65 piyada əleyhinə mina, 16 tank əleyhinə mina, 240 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1.639,6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Paylaş: