
AZAL-ın Rusiyaya uçan təyyarəsi geri qayıtdı - YENİLƏNİB

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8717 nömrəli Bakı-Mineralnıye Vodı reysini yerinə yetirən təyyarəsinin kapitanı havaya qalxandan və Mahaçqala üzərində hava məkanının bağlı olması barədə NOTAM (uçuş məlumatı) bildirişi alandan dərhal sonra Bakı hava məkanından çıxmadan geri qayıdıb.
Metbuat.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, təyyarə yerli vaxtla saat 10:13-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
Qeyd edilib ki, Rusiya istiqamətində uçuşlarla bağlı yaxın zamanda ümumi məlumat açıqlanacaq.
***
12:37
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mineralnıye Vodıya uçan təyyarəsi hava limanına qayıtmağa məcbur olub.
Metbuat.az xəbər verir ki, bu barədə Trend məlumat yayıb.
Xəbər yenilənəcək...
Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

AZAL təyyarəsi dəniz üzərindən Bakıya geri döndü
Bugun.az

Bakıya uçan AZAL təyyarəsi Sankt-Peterburq aeropor...
Azəri Xəbər

Sərnişin təyyarəsi bomba həyəcanı səbəbilə Almaniy...
Bugun.az

Bakıya uçan AZAL təyyarəsi təcili eniş etdi
Bugun.az
AZAL-ın təyyarəsi planlı texniki baxışdan tam keçi...
Azəri Xəbər
Bakıya uçan AZAL təyyarəsi Sankt-Peterburq hava li...
Azəri Xəbər


