
Azərbaycan bu ölkədən pomidor almayacaq

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində Türkmənistandan idxal edilən pomidor məhsulundan nümunələr götürülərək müayinələrə cəlb olunub. Nümunələrin laborator müayinəsi nəticəsində 11 məhsul partiyasında pomidor meyvələrinin qonur qırışıqlıq virusu (Tomato brown rugose fruit virus) aşkarlanıb.
Bu barədə Metbuat.az-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, faktla bağlı məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib. Hazırda aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək, Türkmənistandan pomidor idxalına müvəqqəti qadağa qoyulub, Türkmənistanın müvafiq qurumuna virus aşkarlanmış təsərrüfatda sağlamlaşdırıcı tədbirlərin görülməsi barədə bildiriş məktubu göndərilib.
Qeyd edək ki, pomidor meyvələrinin qonur qırışıqlıq virusuna əsasən pomidor, badımcan, bibər, tütün kimi bitkilərdə rast gəlinir. Sirayətlənmə dərəcəsindən asılı olaraq pomidor təsərrüfatlarında 30-70 faiz məhsul itkisinə səbəb olur. Sözügedən virus məhsulun əmtəəlik keyfiyyətini və rəf ömrünü aşağı salır. Bu bitki virusu beynəlxalq ticarətdə və ərazi daxilində əkin-səpin materialı, bitkinin müxtəlif hissələri, o cümlədən meyvələri ilə yayılır. Mexaniki yolla yayılma xüsusiyyətinin olması virusun daha geniş əraziləri sirayətləndirməsində önəmli rol oynayır.
Oxşar xəbərlər

Rusiya 5 Azərbaycan istehsalçısından pomidor idxal...
Son Xeberler

Rusiya Azərbaycandan pomidor idxalına icazə verdi
Son Xeberler

"Şimal İşıqları"na Bənzər Parıltı: Pomidor Ferması...
Bugun.az

Rusiya Azərbaycana qoyduğu qadağanı ləğv etdi
Son Xeberler

Pomidorun bu qədər FAYDALI olduğunu bilirdiniz?
Tibbi məlumatlar

Bu pomidorlarda virus aşkarlandı
Bugun.az