
Azərbaycan cüdoçuları 4 medal qazandı

Perunun paytaxtı Lima şəhərində cüdo üzrə Qran-pri turniri start götürüb.
Metbuat.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan cüdoçuları bir gümüş və üç bürünc medal əldə ediblər.
Könül Əliyeva (-48 kq) üçüncü yer uğrunda görüşdə portuqaliyalı Katarina Kostoya vaza-ari xalı ilə qalib gələrək bürünc medal qazanıb.
Əhməd Yusifov (-48 kq) finalda israilli İshak Aşpizə (0:1) məğlub olaraq gümüş medal əldə edib.
Ruslan Paşayev (-66 kq) braziliyalı Robert Limanı, Rəşad Yelkiyev (-66 kq) isə ukraynalı Mikita Qoloborodkonu məğlub edərək hər ikisi bürünc medal qazanıblar.
Beləliklə, Azərbaycan komandası Qran-prinin ilk gününü dörd medalla – bir gümüş və üç bürünc medalla başa vurub.
Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycanın qadın cüdoçusu İslam Həmrəyliyi Oyunl...
Azəri Xəbər

Azərbaycan Atleti Avropa Birinciliyində Qızıl və G...
Bugun.az

Azərbaycan cüdoçuları Zaqrebdə 1 qızıl və 2 bürünc...
Azəri Xəbər

Azərbaycan cüdoçuları Asiya Kubokunda 1 gümüş və 1...
Azəri Xəbər
Azərbaycan cüdoçuları Meksikada 9 medal qazanıblar...
Azəri Xəbər

Azərbaycan cüdoçuları Qvadalaxara Qran-prisində bi...
Bugun.az


