
Azərbaycan Kubokunda növbəti yarımfinalçı bəlli oldu

Futbol üzrə Azərbaycan Kubokunda növbəti yarımfinalçı müəyyənləşib.
Metbuat.az-ın məlumatına görə, 1/4 finalda səfərdə "Sumqayıt"a 4 cavabsız qolla qalib gələn "Sabah" yarımfinala adlayıb.
Qonaqların heyətində Anatoli Nuriyev (55), Xəyal Əliyev (71), Coy-Lens Mikels (82) və Amin Seydiyev (90+3) fərqləniblər.
Bu komandalar arasında keçirilən ilk görüşdə hesab açılmamışdı.
"Bayquşlar" növbəti raundda "Neftçi" - "Kəpəz" cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, bu gün baş tutan digər 1/4 final matçında "Qarabağ" "Səbail"i 3:1 hesabı ilə məğlub edərək yarımfinala yüksələn ilk komanda olub. 1/4 final mərhələsinə sabah baş tutacaq iki görüşlə yekun vurulacaq.
Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Basketbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı...
Bugun.az

Dünya çempionatının yarımfinalçıları bəlli oldu -...
Bugun.az

Polşa klubu FIBA Avropa Kubokunda "Abşeron Lions"u...
Azəri Xəbər

"Sabah" Klubu FIBA Avropa Kubokunda Debüt Oyununu...
Bugun.az
Çelenc Kuboku: "Xilasedici" növbəti mərhələyə yüks...
Azəri Xəbər
Azərbaycan Kuboku: 1/4 final mərhələsinin cütləri...
Azəri Xəbər


