
Azərbaycan millisi 3 pillə gerilədi - FIFA reytinqi

Futbol üzrə Azərbaycan milli komandası daha 3 pillə geriləyərək, 112-ci pilləyə enəcək.
Metbuat.az-ın "football-ranking"ə istinadən məlumatına görə, bu, iyulun 10-da açıqlanacaq FIFA-nın yeni reytinq siyahısında rəsmən əksini tapacaq.
Azərbaycan millisi iyunun 7-də səfərdə Latviya ilə qolsuz heç-heçə etdikdən sonra iyunun 10-da evdə Macarıstana uduzub - 1:2. Nəticədə Fernandu Santuşun baş məşqçi olduğu komanda 2,63 xal itirib və 1148,01 xalla İndoneziya, Niger və Toqonu da özündən irəli buraxıb.
Əvəzində Azərbaycan millisindən sonra evdə Albaniya ilə DÇ-2026-nın seçmə matçında 1:1 hesablı heç-heçə edən Latviya 1 pillə irəliləyib və aktivinə 6,81 xal yazıb. Bu komanda 1099,30 xalla 138-ci pillədə yer alacaq. Macarıstan isə Azərbaycan millisinə qalib gəlməmişdən əvvəl yoldaşlıq görüşündə İsveçə 0:2 hesabı ilə uduzduğu üçün 1 pillə itirib və 1500,73 xalla 38-ci mövqeyə enib.
Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycan Milli Komandası FIFA Reytinqində Gerilə...
Bugun.az
Azərbaycan millisi FIFA reytinqində dörd pillə ger...
Azəri Xəbər

"Qarabağ" UEFA reytinqində gerilədi
Bugun.az

"Qarabağ" dünya reytinqində gerilədi
Bugun.az

Türkiyə Millisi FİFA Reytinqində 2017-dən Sonrakı...
Son Xeberler

Azərbaycan millisi 2 pillə gerilədi
Bugun.az


