Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Azərbaycan millisi Belçika ilə qarşılaşacaq

06.02.2025 06:25 120 baxış sayı 1 dəq. oxuma Metbuat
Azərbaycan millisi Belçika ilə qarşılaşacaq

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi bu gün AVRO-2025-in seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Metbuat.az xəbər verir ki, yığma C qrupundakı beşinci matçında Belçika ilə üz-üzə gələcək.

Belçikanın "COREtec Dome" arenasında təşkil olunacaq qarşılaşma saat 23:15-də start götürəcək.

Qeyd edək ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv ilk oyunda Belçika millisinə 28:136 hesabı ilə məğlub olub. Yığma fevralın 9-da Bakıda Polşa ilə üz-üzə gələcək. "Sərhədçi" İdman Mərkəzində keçiriləcək görüş saat 17:00-da başlayacaq.

S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: