🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Azərbaycan millisi Ermənistanı üstələdi, Avropa çempionu oldu

26.06.2025 21:25 11 baxış sayı 3 dəq. oxuma
Azərbaycan millisi Ermənistanı üstələdi, Avropa çempionu oldu

Azərbaycanın 15 yaşadək sərbəst güləşçilərdən ibarət milli komandası İtaliyanın Kaorle şəhərində keçirilən Avropa çempionatında rekord nəticəyə imza atıb.

Federasiyanın mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, 2 qızıl, 4 gümüş və 1 bürünc medal qazanan milli 161 xalla komanda hesabında ikinci dəfə qitə çempionu olub.

Yığma 2-ci yeri tutan Ermənistanı 47 xal qabaqlayıb. İlk “3-lüy”ü Ukrayna 91 xalla qapayıb.

161 xal Azərbaycan sərbəst güləşində bu yaş qrupunda yeni rekordudur. Buna qədər ən yaxşı göstərici 2023-cü ildə qeydə alınıb. İki il əvvəl komanda 145 xalla 2-ci yeri tutub.

Qeyd edək ki, bu gün sərbəst güləşçilərin yarışda həlledici görüşlər keçirilib və mübarizəyə yekun vurulub.

38 kq çəkidə Cavanşir Süleymanov finalda rusiyalı Abdulla Almazova 0:10 hesabı ilə məğlub olub və gümüş medalla kifayətlənib.

41 kq-da Hüseyn Rzazadə finalda rusiyalı Nikita Kondraşovla gərgin keçən qarşılaşmada minimal fərqlə - 7:6 hesabı ilə qalib gələrək Avropa çempionu olub.

44 kq-da ötən il 41 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan İbrahim Həsənov eyni uğuru yuxarı çəkidə də təkrarlamağa yaxın olub. Ancaq Gəncə güləş məktəbinin yetirməsi bu dəfə həlledici görüşdə rusiyalı Kirill Kondraşovla bacarmayıb və 0:8 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.

48 kq-da Əkbər Əsgərov finalda rusiyalı Amir Daurova 4:5 hesabıyla məğlub olub və məsul yarışda ikinci yeri tutub. Bu çəkidə Tunar Sultanzadə isə bürünc medal görüşündə gürcüstanlı Demetre Mortuladzeyə eyni hesabla uduzub.

57 kq-da Muraz Hüseynov bürünc medal görüşündə rusiyalı Abdul İsayevə 0:10, Elcan Həsənov isə digər bürünc medal görüşündə ukraynalı Viktor Karaya 4:7 hesabı ilə məğlub olub.

62 kq

Məhəmməd Həsənli finalda rumıniyalı İstvan Naqiyə sonuncu xal prinsipinə əsasən (2:2) məğlub olub və gümüş medalçılar sırasına qoşulub.

68 kq

Xəyal Şükürlü ermənistanlı Şahen Martirosyana 7:4 hesabıyla qalib gələrək bürünc medala sahib çıxıb.

85 kq

Elgün Kərimli finalda gürcüstanlı Mate Oniani üzərində əzmkar qələbə qazanıb – 11:9. Bununla da güləşçimiz komandanın hesabına 2-ci qızıl medalı yazdırıb.

Paylaş: