
Azərbaycan millisi Monteneqro ilə heç-heçəyə razılaşdı

Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasında Monteneqro ilə heç-heçəyə razılaşıb.
Metbuat.az-ın məlumatına görə, Nikşiç şəhər stadionunda baş tutan görüşdə tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Qarşılaşmada hesabı seçməmizin heyətində 54-cü dəqiqədə Manə Mollayeva açıb. Rəqib komanda məğlubiyyətdən 90+2-ci dəqiqədə qaçıb. Yasna Dokoviç penalti zərbəsini dəqiq yerinə yetirib.
Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl Bakıda bu rəqiblə qolsuz heç-heçə edib, ikinci oyunda isə səfərdə Litvanı 2:0 hesabı ilə üstələyib.
Yığma bu nəticələrin ardından C Liqasının IV qrupunda 5 xalla ikinci sıradadır. Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv son oyununu mayın 30-da evdə Litvaya qarşı keçirəcək.
Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycan millisi dünya çempionatında finala yüks...
Bugun.az

Norveç İtaliyanı məğlub etdi, Monteneqro Çexiyaya...
Bugun.az

Dünya çempionatında 1/4 finalın bütün cütləri müəy...
Bugun.az

Azərbaycandan “The Best”də kimə səs verilib?
Bugun.az

Bu gün final var -Günün futbol qrafiki
Bugun.az

Azərbaycan-Monteneqro matçından sonra dava -VİDEO
Bugun.az