Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Azərbaycan millisinin baqajı Ukrayna ilə qarşılaşmadan öncə itib

12.10.2025 12:25 21 baxış sayı 1 dəq. oxuma Metbuat
Azərbaycan millisinin baqajı Ukrayna ilə qarşılaşmadan öncə itib

Sabah Polşada 2026-cı il il Futbol üzrə Dünya Çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə qarşılaşacaq Azərbaycan millisinin baqajı yolda itib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu barədə polşalı jurnalist Petr Slonka “Telegram” kanalında məlumat yayıb.

Azərbaycan yığması Krakov şəhərinə baqajsız gəlib və bu səbəbdən futbolçular Ukrayna ilə oyundan əvvəl məşqlərə vaxtında başlaya bilməyiblər.

Qeyd edək ki, hazırda Ukrayna 4 xalla qrupda ikinci, Azərbaycan isə 1 xalla dördüncü pillədə qərarlaşıb.

T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: