
Azərbaycan Qırğızıstanla enerji əməkdaşlığı üzrə sənədlər imzaladı

COP29 çərçivəsində energetika naziri Pərviz Şahbazov Qırğızıstanın energetika naziri Taalaybek İbrayevlə görüşüb.
Metbuat.az Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə ikitərəfli enerji əməkdaşlığına dair müzakirələr aparılıb.
Görüşdən sonra “Azərbaycan Respublikası və Qırğız Respublikasının energetika sahəsində əməkdaşlığı üzrə 2024-2025-ci illəri əhatə edən Yol Xəritəsi” imzalanıb. Sənəd neft-qaz, bərpaolunan enerji sahəsində əməkdaşlığı, Birgə İşçi Qrupunun yaradılmasını nəzərdə tutur.
Bundan başqa, Qırğız Respublikasının Nazirlər Kabineti yanında Dövlət Təşkilatı “Yaşıl Enerji Fondu” ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Azərbaycan Bərpa Olunan Enerji Agentliyi arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb.
Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

COP29 Prezidenti Britaniya Naziri ilə Görüşdü
Son Xeberler

Macarıstandan Azərbaycanın bərpa olunan enerji sek...
Azəri Xəbər

Azərbaycandan Serbiyaya indiyədək ixrac olunan qaz...
Azəri Xəbər
"EU4Energy" layihəsi çərçivəsində media nümayəndəl...
Azəri Xəbər

ABŞ Qətər ilə 1,2 trilyon dollarlıq saziş imzaladı
Bugun.az

AK Rusiya qazının Serbiyaya nəqlini dayandırmaq ni...
Azəri Xəbər


