Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Azərbaycan U-15 Milli Komandası Türkiyəyə Uduzdu

28.10.2024 17:25 223 baxış sayı 1 dəq. oxuma Metbuat
Azərbaycan U-15 Milli Komandası Türkiyəyə Uduzdu

Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycanın 15 yaşlı futbolçularından ibarət milli komandası dostluq oyunu keçirdi.

Metbuat.az xəbər verir ki, U-15 milli komandası Qəbələdə hazırlıq keçən Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşdı. Oyun Türkiyə yığmasının 2:0 hesablı qələbəsi ilə sona çatdı.

Azərbaycan milli komandasında aşağıdakı futbolçular meydana çıxdılar: Bilal Hacıyev, Mehdi İsmayılov, Vaqif Nəbiyev, Uğur Qurbanlı (K), Roman Fərzəli, Tunar Bayramov (Vaqif Məmmədli, 58), Tunar Əsgərzadə (Yusif Orucəliyev, 58), Nihad Hüseynzadə (Mirzə Məmmədli, 84), Ömər Kosayev (Rəvan Məmmədov, 78), Əli Bəşirov, Ruslan Əbilov (Cavidan Əlizadə, 46).

Qeyd edək ki, komandalar arasında ikinci dostluq oyunu oktyabrın 31-də keçiriləcək.

N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: